ABŞ Dövlət Departamenti İŞİD-in üç liderinin tutulmasına kömək edəcək məlumatlara görə 5 milyon dollara qədər mükafat təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Dövlət Departamentinin “Rewards for Justice” (Ədalətə kömək üçün mükafat) proqramı Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maul, Sami Casem Muhammad əl-Caburi və Muataz Nauman Abd Naef Casem əl-Caburinin tapılmasına kömək edə biləcək məlumatlar üçün 5 milyon dollara qədər mükafat nəzərdə tutur.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 25 milyon dollarlıq ən böyük məbləği İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsinə və ya məhv edilməsinə kömək edəcək məlumat üçün ayırıb.

Vaşinqton, Pakistanda gizləndiyi ehtimal olunan Əl-Qaidə təşkilatının hazırkı lideri Ayman əl-Zavahiri üçün də eyni miqdarda mükafat söz verib.