Foto © Fərahim İLQAROĞLU / Xeber.de

AzEuroNews.com ►  Almaniyada mübahisəli və əcnəbilər üçün çox maraqlı olan “Miqrasiya paketi” adlanan qanunlardan bəziləri qüvvəyə minib. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Məlumatda deyilir ki, bunlara daha mübahisəli hesab olunanlardan biri “Hau-ab-Gesetz” (ölkəni tərk etmək öhdəliyinin daha effektli icrası üçün ikinci qanun) adlanan deportasiyaya aid qanun da daxildir.

İctimai müzakirələrdə hakimiyyət orqanları deportasiya ilə bağlı qərarların əksəriyyətinin “icrasının mümkünsüzlüyü” iddia edir və daha sərt qanunlar qəbul olunmasını tələb edirdilər. Avqustun 21-dən qüvvəyə minən „Hau-ab-Gesetz“ adlı qanun deportasiya əngəl olan şərtlərin əksəriyyətini aradan qaldırdı. Bundan sonra polis məhkəmə qərarı olmadan deportasiyasına qərar verilən əcnəbinin evinə və ya olduğu güman edilən diğər yaşayış yerinə “girə bilər”. 

Yeni qanun deportasiyası planlaşdırılan şəxsləri zərurət olarsa, cinayət törədən şəxslərin saxlandığı adi həbsxanalarda yerləşdirməyə icazə verir.

Deportasiya prosesi haqqında digər detallar xidmət sirri hesab edildiyi üçün açıqlanmır.