İŞİD liderlərindən olan Əbu Mühammed Əl-Adnani öldürülüb.
Pentaqon Adnaninin iki həftə öncə keçirilən əməliyyatda öldürüldüyünü təsdiqləyib.
“İŞİD-ə döyüşçü toplayan, xarici ölkələrdə terror əməliyyatlarını və terror qruplaşmasının təbliğatını aparan Adnani avqustun 30-da El-Bab yaxınlığında hücumla təmizlənib”, – deyə Pentaqonun məlumatında bildirilir.
 İŞİD-ə yaxınlığı ilə tanınan “Amak” xəbər agentliyi əsil adı Taha Subhi Fellaha olan Adnaninin Hələb çevrəsində öldürüldüyünü açıqlamışdı.
Rusiya rəsmliləri isə Adnaninin rus əsgərlərinin keçirdiyi əməliyyat nəticəsində öldüyünü bildiriblər. ABŞ isə bu fikri rədd edib.
Qeyd edək ki, Adnani İŞİD-in “xüsusi təyinatlı” qrupu hesab olunan “Emni” təşkilatının yaradıcısıdır.