Foto © Screenshot | dw.com/de

AzEuroNews.com ► Almaniyada yaşayan azərbaycanlı məktəbli Məhəmməd Əli “Deutsche Welle”nin “Almanca öyrənmək” layihəsinin qonağı olub.  AzEuroNews.com  xəbər verir ki, ailəsi ilə Almaniyaya gələn 16 yaşlı Məhəmməd Əlinin arzusu tibb üzrə təhsil almaqdır. 

Almaniya ilə Azərbaycan arasında mədəni bir bağ olduğunu söyləyən M.Əli Almaniyanın azərbaycanlılara olduqca dostyana yanaşdığını vurğulayıb. 

Gələcəkdə Hamburqda yaşamaq istədiyini, orada əmisi və dostunun olduğunu deyən həmvətənimiz bu il almancasını xeyli inkişaf etdirdiyini vurğulayıb.