Foto ©  pixabay.com

AzEuroNews.com  ► Türkiyə həbsdə olan Almaniya vətəndaşlarının sayı məlum olub. AzEuroNews.com xəbər verir ki, Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son altı ayda Türkiyədə həbs edilən Almaniya vətəndaşlarının sayı 47-dən 62-ə yüksəlib. 

Eyni zamanda 38 Almaniya vətəndaşının Türkiyədən çıxışına qadağa qoyulub. 

Nazirliyin məlumatında deyilir ki, saxlanılan və həbsdə olan şəxslərin siyasi səbəblərə görə Türkiyədə saxlanılması rəsmi təsdiqini tapmayıb.