İngiltərənin “Liverpul” klubunun forvardı Məhəmməd Salah 2019/20-ci illər mövsümünün sonunda komandanı tərk edə bilər.

“Report” “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” cari mövsüm başa çatdıqdan sonra futbolçunu satmağa hazırdır.

Nəşrin məlumatına görə, Madrid “Real”ı Salaha maraq göstərir və transferin həyata keçirilməsi ilə məşğul olmaq niyyətindədir. Bununla belə, “Liverpul” öz lideri müqabilində təqribən 200 mln. avro əldə etmək istəyir.