Məktəbəqədər hazırlıq qruplarında dərs deyən müəllimlər üçün təlimlər nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib.

O qeyd edib ki, Bakıda artıq bu təlimlərə başlanılıb:

“Regionlarda müəllimlər üçün təlimlərə başlanılacaq. Məqsədimiz müəllimlərin prosesə maksimum cəlb edilməsidir”.