Foto © pixabay.com
Foto © pixabay.com

AzEuroNews.com  ► Fransada yaşayan Mərkakeş vətəndaşının yaşayış icazəsi uzadılmayıb. AzEuroNews.com xəbər verir ki, buna səbəb Mərakeş vətəndaşının “Facebook”-da Fransa əleyhinə paylaşımları olub. 

Hadisə ilə bağlı Fransanın “BFM TV” hazırladığı sujetdə isə deyilib ki, 31 yaşlı Mərakeş vətəndaşı  sosial şəbəkədə icitmai təhlükəli paylaşımlar edib. Bu səbəbdən Fransanın Əcnəbilər İdarəsi onun yaşamaq icazəsini artırmayıb.

Bundan sonra haqqını məhkəmədə axtaran Mərakeş vətəndaşı istədiyi nəticəni əldə edə bilməyib. Məhkəmə araşdırması zamanı bu şəxsin radikal dini təşkilatlarla əlaqəsi də üzə çıxıb. Barəsində deportasiya qərarı çıxarılan şəxsə ölkəni könüllü tərk etməsi üçün 1 ay vaxt verilib.