Foto ©  pixabay.com

AzEuroNews.com ►  Azərbaycanda olan cinsiz azlıqlar məsələsi Almaniyada müzakirə olunur. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniyanın “Zeit” nəşri Hamburq şəhərində keçirilən bir məhkəmə prosesi haqqında məlumat yayıb: “Yazıda bildirilir ki, Azərbaycandan olan cinsi azlıqlar məsələsi Almaniyada fəal müzakirə olunur. 
Hamburqda yaşayan və həmcinsi ilə nikaha daxil olmaq istəyən şəxsin iddiasını hakimiyyət orqanları təmin etmək və ona Almaniyada yaşamaq icazəsi vermək istəyirlər. Lakin bunun üçün Bakıya qayıtmasını və evlilik üçün viza almaqla yenidən Almaniyaya gəlməsinin şərt olduğunu qeyd edirlər. Azərbaycanlı xanım geri qayıtmaq istəmir, Bakıda yaşayan ailəsinin dindar olmasını və dindar ailədə onu təhlükə gözlədiyini idddia edir.

2014-cü ildən Almaniyada yaşayan xanım Almaniyanın hakimiyyət orqanlarının tələbini əsassız hesab edərək vəkili vasitəsilə məhkəməyə müraciət edib”.

Mərkəzin məlumatdında bildirilir ki, mətbuatın Mariya kimi təqdim etdiyi soydaşımız Almaniyada qala bilər: “Çünki o, 2018-ci ildən bir alman qadını ilə evlənib və evlilik onun Almaniyada qalmasına əsas ola bilər. Mariyanın vəkili Simon Brenneysen bildirir ki, Bakıya səfər xanım üçün təhlükəlidir. Çünki onun Bakıdan Almaniyaya viza alması dörd-səkkiz həftəyə qədər vaxt aparacaq və bu müddətdə onun həyatı real təhlükə altında olacaqdır. 
Yazıda həmçinin bildirilir ki, xanımın dindar bir qardaşı var, o homoseksuallığını qəbul etmir və xanım ondan da ehtiyat edir. Məhkəmə prosesi davam edir”.