AzEuroNews.com  ►  Şəkildəki “Flixbus”un qurucusu 35 yaşlı Daniel Kraussdur. Dostları Jochen Engert və Andre Schwämmleinlə “Start-up” kimi başladıqları “Flixbus” layihəsi indiyə kimi 100 milyondan çox sərnişin daşıyıb.

7 min avtobus sürücüsünün çalışdığı şirkət gündəlik dünyanın 29 ölkəsinə 350 min marşrut üzrə səfər təşkil edir. Şirkətin ofislərində 1300 işçi çalışır ki, onların 250-si İT sahəsindədir.

İllik dövriyyəsi 600 milyon avro olan şirkətin dəyəri 1 milyard avrodur. Hazırda şirkətin 24 % səhimini öz əllərində saxlayan qurucular geridə qalan səhmi “General Atlantic” və “Daimler” kimi şirkətlərə satıblar.

Nəticədə şirkət törəmə “Flixtrain”i yaradaraq dəmir yolu bazarına daxil olub və uğurla irəliləyir.


Almaniyada həftəlik nəşr edilən © “Bild am Sonntag” qəzetinin məlumatlarından istifadə edilib.