Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, Heydər Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər olacaq.