Foto © pixabay.com

AzEuroNews.com ► Əgər İsveçdə himayə axtarışındasınızsa, sığınacaq üçün müraciətinizi İsveçə daxil olarkən sərhəd polisinə və ya Miqrasiya Agentliyinin müraciət qəbulu məntəqələrinin birinə təqdim etməlisiniz. 

AzEuroNews.com xəbər verir ki, sığınacaq axtaran, öz yolunu İsveçə salmış və burada himayə (sığınacaq) üçün müraciət etmiş, lakin müraciəti hələ nəzərdən keçirilməmiş şəxsdir.

İsveç qaçqınların statusu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasını imzalayıb. Bu, digər məsələlərlə yanaşı, o deməkdir ki, İsveç hər bir sığınacaq üçün müraciətə fərdi qaydada baxır.

Müraciətlərə fərdi qaydada baxılması ərizəçinin cinsi mənsubiyyəti və seksual oriyentasiyasının (yəni ərizəçinin homoseksual, biseksual və ya transgender olmasının) nəzərə alınmasından ibarətdir.

İsveç yaşayış icazəsini qaçqın olan şəxsə BMT Konvensiyasına uyğun olaraq və həmçinin “yardımçı müdafiəyə” ehtiyacı olan şəxsə Avropa İttifaqı (Aİ) reqlamentlərinə uyğun olaraq verəcək.

Qaçqınların statusu ilə bağlı BMT Konvensiyası, İsveç qanunvericiliyi və Aİ agentliklərinə uyğun olaraq aşağıda göstərilənlərə görə təqib olunmaqdan ehtiyyat etmələri üçün kifayət qədər əsaslandırılmış səbəbləri olan şəxslər qaçqın hesab edilir:

  • irqinə;
  • milliyyətinə;
  • dini və siyasi inanclarına;
  • cinsi mənsubiyyətinə;
  • seksual oriyentasiyasına; və ya
  • müəyyən sosial qrupa aid olmasına.

Təqibin mənbəyi şəxsin doğma ölkəsinin hakimiyyət orqanları ola bilər. Bu, həmçinin hakimiyyət orqanlarının ayrı-ayrı fərdlər və ya qruplar tərəfindən edilən təqibinə qarşı müdafiə təklif edə bilməməsi və ya etmək istəməməsi ola bilər.

Qaçqın sayılan şəxsə qaçqın statusu bəyannaməsi verilir ki, bu da BMT-nin Qaçqınlar Konvensiyasına, eləcə də Aİ reqlamentinə əsaslanan beynəlxalq səviyyədə tanınmış bir statusdur.

Qaçqın statusu bəyannaməsini almış şəxsə adətən 3 illik yaşayış icazəsi verilir. (Sığınacaqla bağlı 2015 -ci ilin 24 noyabrından əvvəl ərizə ilə müraciət edən bəzi şəxslərə daimi yaşayış icazəsi verilə bilər.)


Yardımçı müdafiə nədir?


Yardımçı müdafiəyə ehtiyacı olan şəxs aşağıdakı hesab edilir:

  • ölüm cəzasına məhkum edilmək təhlükəsi ilə üzləşən;
  • fiziki cəzaya, işgəncəyə və ya digər qeyri-insani yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmaq təhlükəsi ilə üzləşən; 
  • mülki şəxs olaraq, silahlı münaqişə nəticəsində ciddi xəsarət alma təhlükəsi ilə üzləşən.

Yardımçı müdafiəyə ehtiyacı olan şəxs kimi hesab olunanlara Aİ reqlamentinə əsasən yardımçı müdafiə statusu bəyannaməsi verilir.

Yardımçı müdafiə statusu bəyannaməsi verilən şəxsə adətən 13 aylıq yaşayış icazəsi verilir (Sığınacaqla bağlı 2015-ci ilin 24 noyabrından əvvəl ərizə ilə müraciət edən bəzi şəxslərə daimi yaşayış icazəsi verilə bilər.)

Sığınacaq axtaranlara müstəsna hallarda, hətta təqibə qarşı müdafiəyə ehtiyacları olmadıqda belə, yaşayış icazəsi verilə bilər. Bu hal, yaşayış icazəsinin verilməsinə imtina edilməsi barədə qərarın İsveçin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edə biləcəyi düşünələrək, onların şəxsi vəziyyəti ilə birbaşa əlaqədar olan fövqəladə halların (məsələn, ciddi səhhət problemləri olan insanlar və ya insan qaçaqmalçılığına məruz qalmış insanlar) olmasını tələb edir.

Əgər müraciətinizə baxılma zamanı sizin hərbi cani olduğunuz, insanlığa qarşı cinayətlər və ya başqa ciddi cinayət əməlləri törətməyiniz və ya milli təhlükəsizliyə qarşı təhlükə olmağınız müəyyən olunarsa sizə İsveçdə sığınacaq verilməyəcək. Əgər öldürülmə və ya təqib olunma təhlükəsi səbəbi ilə doğma ölkənizə qayıda bilmirsinizsə, sizə hələ də müvəqqəti yaşayış icazəsi verilə bilər.


Sığınacaq axtaran uşaqlar


İsveç qanunvericiliyinə görə, Miqrasiya Agentliyi uşağın ən ali maraqlarını xüsusi olaraq nəzərə almalıdır. Öz fikrini söyləyə bilən və söyləmək istəyən bütün uşaqlar bunu etmək və eşidilmək hüququna malikdir. Uşağın sığınacaq axtarmaq üçün səbəblərinə fərdi qaydada baxılmalıdır. Belə ki, onların sığınacaq axtarmaq üçün valideynlərindən fərqli səbəbləri ola bilər. Sığınacaq axtarışı üçün səbəblərə baxılarkən, işə baxan əməkdaş araşdırmanı mümkün qədər uşağın yaşına, səhhətinə və yetkinliyinə uyğunlaşdırmalıdır. Müraciətə baxılma zamanı uşağın yetkinlik yaşına çatmış şəxs tərəfindən müşayiət edilmək hüququ vardır. O, valideyn və ya başqa qanuni himayəçi, qəyyum vəyaxud ictimai məsləhətçi ola bilər.


©  Yazıda İsveç Miqrasiya Agentliyinin məlumatlarından istifadə olunub