Kamp kimi istifadə olunan orta məktəb binası / Ahlen
Kamp kimi istifadə olunan orta məktəb binası / Ahlen Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com Almaniyadan sığınacaq istəyən şəxslər özləri haqqında düzgün məlumat vermədikləri təqdirdə, onların kampda qalma müddəti artırılacaq. AzEuroNews.com  xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi  (BAMF) kamp müddətini 18 aya qədər uzatmaq haqqında qərar verib. 

Bu ay qüvvəyə minən Miqrasiya Qanununda bu barədə deyilir ki, artıq sığınacaq üçün müraciət edən şəxslərin işinə kamp müddətində baxılacaq. 2015-ci ildən bəri qüvvədə olan köhnə qanunda nəzərdə tutulduğu kimi artıq qaçqınlar sığınacaq üçün müraciətlərindən 6 ay sonra bələdiyyənin himayəsinə verilməyəcəklər. 

Kimlik məlumatlarını düzgün verməyən, vətəndaşı olduğu ölkənin pasportunu təqdim etməyən şəxslərin kamp müddəti 18 aya qədər uzadılacaq. 

Ekspertlərin fikrincə uzun müddət kamplarda qalan qaçqın və miqrantlar üçün hüquqi və sosial məhdudiyyətlər tətbiq edilir. Bu müddətdə onların inteqrasiya kurslarına qatılmasına icazə verilmir. Qaçqın statusu üçün müraciətlərə baxılan müddətdə uşaqları məkətəbə gedə bilməyən valideynlər isə, daha çox əziyyət çəkirlər.