Simvol foto © Bon Bon / pixabay.com
Simvol foto © Bon Bon / pixabay.com

AzEuroNews.com  ►  Almaniyada məktəbli uşaqlara hicab taxmağı qadağan edəcək qanunun qəbul edilməsi gözlənilir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məluamtda deyilir ki, 2019-cu ilin may ayından Avstriyada 14 yaşı olmayan məktəbli qızlar üçün hicab bağlamaq qanunla qadağan edilib. Yaxın vaxtlarda Almaniya da oxşar qanunu qəbul etmək niyyətindədir.

Konstitusiya hüququ üzrə ixtisaslaşan siyasətçi Martin Nettesheim (55) tərəfindən bununla bağlı xüsusi hesabat hazırlanıb. Müəllif hesabatda əsaslandırmağa çalışır ki, belə bir qadağa Almaniya konstitusiyasına zidd deyil.

“Bild.de” saytı oxucularının maraqlarını nəzərə alaraq başı örtüklu xanımların rəyini öyrənib. Onlar isə bunun qanuna uyğun olmadığını və öz iradələri ilə başlarını bağladıqlarını bildiriblər. Onlar baş örtüyündən istifadəni qadağan edən qanunu dəstəkləmədiklərini bildiriblər. 

Bəzi hüquqşünaslar hesab edir ki, təhsil müəssisələrində hicab taxmağın qadağan edilməsi dini etiqad azadlığına və ya valideynlərin övladlarına qayğı və tərbiyə vermək hüquqlarına zidd olmayacaq. 


Buna baxmayaraq, bunu insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirənlər də kifayət qədərdir.