"Space" TV

“Space TV” telekanalında ciddi maliyyə böhranı yaranıb.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, kanalda aylardır maaş ala bilməyən işçilər var.

İşçilərin bildirdiyinə görə, telekanalda reklam gəlirləri ilə bağlı vəziyyət normal olsa da, rəhbərlik maaşları vermək istəmir.

Buna etiraz olaraq baş operator Vüqar Məmmədov və bir neçə operator işdən çıxmaq haqqında ərizə yazıblar.

Qeyd edək ki, bu, “Space TV”də maaş məsələsində yaranamış ilk problem deyil. Telekanalda uzun müddətdir maliyyə probleminin olması barədə mətbuatda yazılar dərc olunub.