Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  Azərbaycanlı qadın Almaniyada bədbəxt hadisə nəticəsində ölüb. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, paytaxt Berlinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyyatsızlıqdan dördüncü mərtəbədən binanın həyətinə yıxılaraq can verib.  Qadın hamilə olduğundan təcili qeysəriyyə əməliyyatı aparılıb. Buna baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. 

Hazırda hüquq mühafizə orqanları hadisənin detallarını araşdırır. Bədbəxt hadisə nəticəsində ölən qadın əri və bir uşağı ilə birlikdə yaşayırmış.