Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com Almaniyada Saksoniya və Bradenburq əyalət parlamentinə keçirilən seçkilərin nəticəsi məlum olub. AzEuroNews.com  xəbər verir ki, iki əyalətdə keçirilən seçkilərdə Almaniyanın Xristian Demokratlar (CDU) və Sosial Demokrat Partiyası (SPD) böyük səs itirib, irqçi siyasəti ilə tanınan Almaniya üçün Alternativ (AfD) partiyası isə ikinci olub. 

Angela Merkelin CDU-su Saksoniyada səslərin 32 %-i toplayaraq birinci olub. Brandenburqda isə, Sosial Demokrat Partiyası (SPD) 27,2 % səs toplayaraq qalib olub. 

Almaniyanın şərqində yerləşən iki əyalətdə səsvermə haqqı olan 5,4 milyon insan qeydə alınıb. 

Alman “ARD” televiziya kanalının verdiyi məlumata görə, 2014-cü ildə keçirilən sonuncu seçki ilə müqayisədə indi 7,4 %-lik bir səs itirən CDU iki Alamniyanın birləşdiyi 1990-cı ildən sonra ən pis nəticəni əldə edib. 

İrqçi siyasəti ilə tanınan Almaniya üçün Alternativ (AfD) partiyası Saksoniya əyalətində səslərin 27,3 %-ni, Brandenburq əyalətində isə, 22,7 %-ni toplayaraq hər iki əyalətdə ikinci olub.