Rusiya Kənd Təsərrüfatı Naziriyi göbələk və giləmeyvə yığımı ilə bağlı vətəndaşlar qarşısında məhdudiyyət qoymağı planlaşdırmır.

Trend-in məlumatına görə, bunu Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, daha öncə Kənd Təsərrüfatı Nazirliyi səlahiyyətli federal orqanlar tərəfindən göbələk, fındıq, giləmeyvə və dərman bitkilərinin yığılmasına nəzarəti müəyyən edən layihə hazırlamışdı. Bu, qlobal bazarda ekoloji məhsul yetişdirmək və artan tələbatı qarşılamaq üçün nəzərdə tutulmuşdu. Nazirlik isə bunun məhdudiyyətlə heç bir əlaqəsi olmadığını qeyd edib.