Portuqaliyada ilin futbolçusu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının keçirdiyi səsvermə nəticəsində bu ada “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo layiq görülüb. 

O, bu ad uğrunda “Atletiko”dan Joao Felix, “Mançester Siti”dən Bernardo Silva, “Sportinq”dən Bruno Fernandes və “Volverhampton”dan Ruben Nevesi geridə qoyub.

Qeyd edək ki, 34 yaşlı hücumçu ölkəsində 10-cu dəfə ilin ən yaxşısı seçilib.