Avqustun 3-də müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabr ayının 10-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.