AzEuroNews.com  ►  Almaniya milli futbol komandasının keçmiş futbolçusu, 38 yaşındakı Kristof Metçelder (Christoph Metzelder-almanca) uşaq pornoqrfasiyasında ittiham edilir. AzEuroNews.comAlmaniyada gündəlik nəşr olunan “Bild“ qəzetinə istinadən xəbər verir ki, alman polisi futbolçunun uşaqlar üçün Hennef şəhərində yaratdığı futbol məktəbinə və Düsseldorf şəhərindəki evinə basqın edərək axtarış aparıb. 

Məumata görə, Kristof Metçelder keçmiş sevgilisinin şikayəti əsasında saxlanılıb. Qadın Metçelderin vaxtı ilə ona göndərdiyi və uşaqlara aid porno videoları polisə təqdim edib.  

Polisin araşdırması zamanı məlum olub ki, videolardan 15-i Kristof Metçelderin telefonundan göndərilib. 

Hadisə ilə bağlı cinayət işi açılsa da, futbolçu həbs edilməyib. Ötən gün o, evindən ifadəsinin alınması üçün Düsseldorf şəhər Polis İdarəsinə aparılıb.

“Dortmund” və “Şalke” futbol klublarının formasını geyinən futbolçu 47 dəfə Almaniya milli futbol komandasında oynayıb. Daha sonra futbolu buraxan Metçelder uşaqlara yardım məqsədi ilə vəqf qurub.

Hazırda futbolçunun Hennef şəhərində böyük futbol məktəbi fəaliyyət göstərir. Futbolçu eyni zamanda Almaniyanın birinci kanalı olan “ARD”də aparıcılıq edir. 

Hadisədən sonra sözügedən kanal futbolçunu efirə çıxarmamaq haqqında qərar verib.