Dünya İqtisadı Forumu (WEF) ekspertlərinin xarici turistlər üçün iki ildən bir tərtib etdiyi “The Travel and Tourism Competitiveness Report 2019” reytinq siyahısında Birləşmiş Ərəb Əmirlikləri ən təhlükəsiz ölkələrin ilk onluğuna daxil edilib.

“AzEuroNews.com” azərtac-a istinadən xəbər verir ki, reytinqdə xarici səyahətçilər üçün ən təhlükəsiz ölkə Finlandiyadır.

İkinci və üçüncü yerlərdə İslandiya və Oman yerləşib. Təhlükəsizlik baxımından onluqda, həmçinin İsveçrə, Honqkonq, Sinqapur, Lüksemburq, Portuqaliya və Yeni Zelandiya yer alıb.

İkinci onluğa Qətər, Estoniya, Yaponiya, Avstriya, Sloveniya, İspaniya, Norveç, Çexiya, Avstraliya və Bruney daxil edilib. Reytinqə görə, ən təhlükəli şəhər Salvadordur.

WEF turizmin təhlükəsizliyini hüquq-mühafizə orqanlarının etibarlılıgı, terror aktları, adamöldürmə və digər zorakı cinayətlərin yayılması baxımından qiymətləndirib.