Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almanlar ən çox dövlətin qaçqın və miqrantlarla bağlı götürdüyü öhdəliyi yerinə yetirə bilməməsindən qorxurlar. AzEuroNews.com xəbər verir ki, bu barədə “R+V” Siğorta Mərkəzinin təqdim etdiyi “Almanların qorxuları 2019” hesabatında məlumat verilib. 

Hesabata görə, almanların 56 %-i dövlətin qaçqın və miqrantları qəbul edib yerləşdirməklə bağlı götürdüyü öhdəliyi yerinə yetirə bilməməsindən qorxurlar. 

Almanların ikinci ən böyük qorxusu isə, ölkəyə gələn əcnəbilərlə yerli əhali arasında hansısa bir qarşıdurmanın yaşanmasıdır. 

“Almanların qorxuları 2019” hesabatında üçüncü yerdə isə, ABŞ prezidenti Donald Trumpun siyasasətindən qorxanlar çoxluq təşkil edib.  

Hesabatda qeyd olunub ki, Trumpun siyasətinin dünyanı təhdid etməsindən qorxanlar keçən il 69 % ilə birinci yerdə qərarlaşıb. Bu il isə, 14 % itirərək geriləyib.