AzEuroNews.com  ► Almaniyanın Köln İdarə Məhkəməsi ötən ilin mart ayında 44 sərnişinin xəsarət alması ilə nəticələnən qəzaya görə KVB (Kölner Verkehrs-Betriebe AG) şirkətini 800 min avro cərimələyib.

AzEuroNews.com  Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, sərxoş halda saxlanılan tramvayın sürücüsü, 57 yaşlı Tom K. ilə bağlı məhkəmə prosesi isə, hələ yekunlaşmayıb.

Buna səbəb məhkəmədə maşinistin xanımının ifadəsi olub. Qadın bildirib ki, iş günü olmadığından yoldaşı spirtli içki qəbul edib. Ancaq KVB şirkəti zəng vuraraq onu işə çağırıb. 

Məlumat üçün bildirək ki, ötən ilin mart ayında KVB şirkətinə aid 18 nömrəli tramvayın qəzaya uğraması nəticəsində 44 sərnişin xəsarət alıb. Hadisə yerinə gələn polis əməkdaşları maşinist kabinəsindən şərab butulkası tapıblar. Sərxoşluğun müayinəsi zamanı sürücüdə 3 promil alkoqol müəyyən edilib.