Foto © pixabay.com / jnylee

AzEuroNews.com ► Əgər İsveçdə qaçqın statusu almısınızsa, sizə üç illik yaşayış icazəsi veriləcək. AzEuroNews.com xəbər verir ki, əgər yaşayış icazənizin etibarlıq müddəti bbitdikdə özünüzü saxlamaq imkanınız varsa, sizə daimi yaşayış icazəsi verilə bilər.

Müvəqqəti yaşayış icazəsi sizə üç il ərzində İsveçdə yaşamaq və işləmək icazəsi verir. Həmin müddət ərzində siz daimi yaşayış icazəsi olan şəxsə aid edilən eyni tibbi xidmət hüququna maliksiniz.

Sizə yaşayış icazənizin olduğunu sübut edən yaşayış icazəsi kartı veriləcək. Bu kart şəxsiyyəti təsdiq edən və ya səyahət sənədi deyil. Siz icazəniz qüvvədə olduğu müddətdə ölkə daxilində və xaricə səyahət edə bilərsiniz lakin, siz İsveçi tərk etdiyinizdə, ölkəyə təkrar daxil olmaq üçün etibarlı pasportunuz və yaşayış icazəsi kartınız olmalıdır.


Əhali reyestrində qeydiyyat


Daimi yaşayış icazəsi aldıqdan sonra mümkün qədər qısa müddətdə İsveç Vergi Agentliyinin (Skatteverket) əhali reyestrində qeydiyyatdan keçməlisiniz. Mühacirlər üçün İsveç dili (sfi) dərslərinə yazılmazdan və İsveç sosial müdafiə sisteminin faydalarından istifadə hüququ əldə etməzdən əvvəl qeydiyyat tələb olunur. Əhali reyestrində qeydiyyatdan keçdikdən sonra siz həmçinin İsveç şəxsiyyət vəsiqəsini də ala bilərsiniz, o, məsələn, bank hesabı açmaq üçün zəruridir.

Əhali reyestrində qeydiyyatdan keçmək üçün siz İsveç Vergi Agentliyinə getməlisiniz. Orada sizin harada yaşadığınız, ailə vəziyyətiniz (evli olub olmadığınız), vətəndaşlığınız və doğum yeriniz qeydə alınacaq. Vergi Agentliyinə gedərkən, yaşayış icazəsi kartınızı və şəxsiyyətinizi təsdiq edən etibarlı sənədi götürməlisiniz. Əgər şəxsiyyətinizi təsdiq edən sənəd İsveç Miqrasiya Agentliyində saxlanılıbsa, onun surətini istəyə bilərsiniz. Sənədin surəti sənədin əsli ilə eyni olduğunu təsdiq edən şəxs tərəfindən imzalanmalıdır. Bu şəxs həmçinin öz adını böyük hərflərlə yazmalı və onların telefon nömrəsini verməlidir.


Bərpa olunmaq fəaliyyəti


Əgər sizə bu yaxınlarda İsveçdə yaşayış icazəsi verilmişdirsə və sizin işləmək hüququnuz varsa, siz iş yeri tapmaq məqsədilə bərpa olunmaq fəaliyyəti hüququna malik ola bilərsiniz. Bərpa olunmaq fəaliyyəti İsveç dilini öyrənmək, iş yeri tapmaq və öz dəstəyinin idarə edilməsi kimi işlərdə sizə dəstək göstərən fəaliyyətdir. Arbetsförmedlingen, İsveç Dövlət Məşğulluq Xidməti, İsveçdə bərpa olunmaq fəaliyyəti və iş axtaranlar üçün cavabdehdir. Siz bir neçə dildə mövcud olan daha çox məlumatı Arbetsförmedlingen internet saytında tapa bilərsiniz.

Bərpa olunmaq fəaliyyəti barədə məlumat Arbetsförmedlingen internet saytında (ingilis dilində)


İsveçdə işləmək


Əgər sizə əmək fəaliyyəti ilə bağlı üc illik müvəqqəti yaşayış icazəsi verilibsə, İsvecdə işləyə bilərsiniz. Əgər müvəqqəti yaşayış icazənizin etibarlıq müddəti bitdiyi zaman özünüzu maddi cəhətdən təmin etmək üçün bir işiniz varsa, daimi yaşayış icazəsinin alınması üçün ərizə ilə müraciət etmək imkanınız var.

İş üçün müraciət edərkən siz İsveçdə yaşamaq və işləmək hüququnuz olduğunu göstərən sənədlərin surətini gətirməlisiniz. Həmçinin yaşayış icazəsi kartınızı özünüzlə götürün. İşəgötürən sizə hansı vaxta qədər İsveçdə işləmək icazəsi verildiyini və İsveçdə işləmək icazənizə hər hansı məhdudiyyət tətbiq edilib edilmədiyini öyrənmək istəyəcək. İşəgötürən sənədlərinizin surətini istəyəcək və sizin işə qəbul edildiyiniz barədə İsveç Vergi Agentliyinə məlumat verəcək.


Ailənin yenidən birləşməsi


Əgər sizə qaçqın statusu verilibsə, ailəniz sizinlə birlikdə İsveçdə yaşaya bilmək üçün yaşayış icazəsi üçün müraciət edə bilər. Yalnız əriniz, arvadınız, qeydiyyatdan keçmiş partnyorunuz və ya mülki həyat yoldaşınız və ya 18 yaşına çatmamış övladlarınız yaşayış icazəsi üçün müraciət edə bilər. Siz və partnyorunuz ən az 21 yaşında olmalısınız. Siz həmçinin İsveçə köçməzdən əvvəl birlikdə yaşamış olmalısınız. Əgər birgə övladlarınız varsa, yaş tələbi istisna edilə bilər. Ailəniz sizə verilmiş icazənin etibarlı olduğu müddətlə eyni müddətə yaşayış icazəsi ala bilər.

Əgər sizə ailənin yenidən birləşməsi hüququ verilibsə, sizə təminat tələbi adlanan qayda tətbiq edilə bilər. Bu o deməkdir ki, siz özünüzü və ailənizi saxlaya bilməlisiniz. Sizin həmçinin, ailəniz İsveçə köçdükdən sonra birlikdə yaşaya bilməniz üçün, kifayət qədər böyüklükdə və müvafiq standarta uyğun eviniz olmalıdır.


Yaşayış icazəsi geri götürülə bilər


Yaşayış icazəniz həmçinin, yaşayış icazəsi üçün müraciət zamanı şəxsiyyətinizə dair saxta məlumat verdiyiniz və ya yaşayış icazəniz üçün bilərəkdən yalan söylədiyiniz və ya çox mühüm məlumatı demədiyiniz hallarda da geri götürülə bilər. Əgər cinayət törətməyə görə məhkum edilsəniz, məhkəmə deportasiya edilməyiniz haqqında qərar verə bilər. Bundan sonra, Miqrasiya Agentliyi yaşayış icazənizi geri götürəcək. Hətta bir neçə illik müddətə icazəniz olduğu halda belə, yaşayış icazəniz geri götürülə bilər.


Müvəqqəti yaşayış icazəsinin uzadılması


Müvəqqəti yaşayış icazəsinin etibarlıq müddəti sona catdıqda icazənin müddətinin uzadılması ilə bağlı ərizə ilə müraciət edə bilərsiniz. Əgər hələ də müdafiəyə ehtiyacınız varsa, yaşayış icazəsinin müddəti uzadıla bilər. İsvecdə qalmaq üçün digər səbəbləriniz varsa bəzi hallarda sizə yaşayış icazəsi verilə bilər.

Müvəqqəti yaşayış icazəsi haqqında qərardan şikayət vermək mümkün deyil.


Yaşayış icazəsi ilə İsveçə yeni köçənlər üçün faydalı linklər


UR Nyanländ (UR Isveçə yenicə gəlmiş) Isveçdəki haqlarınız və öhdəliklərinizə dair olan bir proqramlar seriyasıdır.

Istehlakçı agentliyinin məlumat xidməti alış və sazişlərlə bağlı olan suallarınıza dair sizə məsləhət verə bilər.
Bəzi bələdiyyələrdə mənzil axtara biləcəyiniz bələdiyyə mənzil agentlikləri mövcuddur. Bələdiyyə sizə həmçinin şəxsi ev sahibləri haqqında məsləhət verə bilər.

Əgət yaşınız 18 və daha çoxdursa, evinizi ev əşyaları ilə təchiz etmək məqsədilə, kredit üçün müraciət edə bilərsiniz. www.csn.se

Yaşadığınız bələdiyyə uşaq qayğısı və uşaqlar üçün məktəb təklif edəcək.

Mühacirlər üçün İsveç dili (sfi) dərsləri haqqında sullarla bağlı yaşadığınız bələdiyyəyə müraciət etməlisiniz. Həmçinin bu vebsayta baxın Sveriges kommuner och landsting.

Əgər iş axtarırsınızsa, burada qeydiyyatdan keçə bilərsiniz Arbetsförmedlingen.

Səhiyyə sistemi ilə bağlı məsələlər üçün Landstinq ilə və ya yaşadığınız rayon ilə əlaqə saxlayın. “1177 Vårdguiden” (tibbi xidmət təlimatlarının internet səhifəsi vasitəsi ilə) ölkədə müalicə almaq uçun müraciət edə bilərsiniz.

Kollec və universitetdə təhsil haqqında məlumatları burada tapmaq olar Antagning.se və ya studera.nu.

Tələbələrin maliyyələşdirilməsi haqqında suallarla bağlı bura baxın CSN, Centrala studiestödsnämnden.

Sürücülük vəsiqəsi haqqında suallarla bağlı bura baxın Swedish Transport Agency.

Səsvermə hüquqları haqda suallarla bağlı bura ilə əlaqə saxlayın Valmyndigheten.

İsveç Milli Təhsil Agentliyinin (Skolverket) İsveç məktəbləri haqqında məlumatları burada tapa bilərsiniz Skolverket nyanlända

İsveç cəmiyyəti haqqında müxtəlif dillərdə məlumatları burada tapa bilərsiniz Information om Sverige.

İsveç cəmiyyəti haqqında əlavə məlumat üçün Isveç institutunun (Svenska institutet) internet səhifəsinə daxil olun.

Müstəqil şəkildə isveç dilini öyrənmək istəyirsinizsə www.informationsverige.se/Engelska/lara-svenska/Pages/Lara-svenska.aspx


©  Yazıda İsveç Miqrasiya Agentliyinin məlumatlarından istifadə olunub .