AzEuroNews.com     Almaniyanın Köln şəhərində 1700 il əvvələ aid it skleti tapılıb. AzEuroNews.com  Almaniyada gündəlik nəşr olunan “Bild” qəzetinə istinadən xəbər verir ki, Köln şəhərində “Dom-Hotel”in tikintisi zamanı fəhlələr tərəfindən tapılan it skleti keramikadan ibarət bir küpün içində olub. 

Arkeoloqların hadisə yerinə gəlməsindən sonra küp ehtiyyatlı bir şəkildə torpaq altından çıxarılıb. Araşdırmalar nəticəsində məlum olub ki, it skleti 319-cu ilə aiddir. Ev iti olduğundan sahibi onu xüsusi keramik küpdə basdırıb. 

Küp it skleti ilə birlikdə Köln şəhərindəki Roma-Alman muzeyinə təhvil verilib.