Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com     Almaniyadan sığıncaq istəyən şəxslərin sayı azalıb.  AzEuroNews.com  xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) yeni statistik məlumat paylaşıb. 

Avqust ayına aid statistikada qeyd olunur ki,  ümumilikdə federal idarəyə 12 772 müraciət daxil olub. Bu ötən ilin eyni ayı ilə müqayisədə 15,5 %, əvvəlki ayla müqayisədə isə, 9,5 % azalma deməkdir.

Cenevrə Qaçqınlar Konvensiyasına əsasən 3 888 nəfər qaçqın statusu alıb (bütün sığınacaq qərarlarının 23,2 faizi), 1770 nəfər (11,8 faiz) köməkçi müdafiə və 412 nəfər (2.7 faiz) deportasiyadan qorunub.

4076 nəfərin (27,1 faiz) qaçqın statusu üçün müraciəti rədd edilib. 

Ötən ay ən çox bu ölkələrin vətəndaşları Almaniyadan sığınacaq istəyib: 

İyun 2019İyul 2019Avqust 2019
Müraciətlərin ümumi sayı9.69114.10812.772
1.Suriya2.2163.3722.927
2.Türkiyə7511.2741.306
3.İraq8681.3771.250
4.Əfqanıstan717993999
5.İran631841806
6.Nigeriya616708544
7.Somali295357352
8.Rusiya366344351
9.Naməlum283235391
10.Eritreya244303297