Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   ► Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayı artıb. AzEuroNews.com  xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yayımladığı sığınacaq axtaranların avqust ayındakı müraciəti ilə bağlı statistik məlumatda qeyd olunur ki,  qardaş ölkədən 1306 nəfər Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. 

Beləliklə Türkiyə vətəndaşları ilk dəfə Almaniyadan sığınacaq istəyən Suriya vətəndaşlarından sonra siyahıda ikinci pillədə qərarlaşıb.

Məlumat üçün bildirək ki, Almaniyadan sığıncaq istəyən şəxslərin sayı azalıb. 

BAMF-ın avqust ayına aid statistikasında qeyd olunur ki,  ümumilikdə federal idarəyə 12 772 müraciət daxil olub. Bu ötən ilin eyni ayı ilə müqayisədə 15,5 %, əvvəlki ayla müqayisədə isə, 9,5 % azalma deməkdir.

Cenevrə Qaçqınlar Konvensiyasına əsasən 3 888 nəfər qaçqın statusu alıb (bütün sığınacaq qərarlarının 23,2 faizi), 1770 nəfər (11,8 faiz) köməkçi müdafiə və 412 nəfər (2.7 faiz) deportasiyadan qorunub.

4076 nəfərin (27,1 faiz) qaçqın statusu üçün müraciəti rədd edilib. 

Ötən ay ən çox bu ölkələrin vətəndaşları Almaniyadan sığınacaq istəyib: 

İyun 2019İyul 2019Avqust 2019
Müraciətlərin ümumi sayı9.69114.10812.772
1.Suriya2.2163.3722.927
2.Türkiyə7511.2741.306
3.İraq8681.3771.250
4.Əfqanıstan717993999
5.İran631841806
6.Nigeriya616708544
7.Somali295357352
8.Rusiya366344351
9.Naməlum283235391
10.Eritreya244303297