Vaqif Mustafayev

“Space”in daha iki əməkdaşı istefa verib


AzEuroNews.com  ► Azərbaycanın “Space” televiziya kanalında çalışanlardan daha iki operator istefa verib. Sözügedən kanalın işçilərindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, buna səbəb onların aylardır kanaldan maaş ala bilməmələridir.

Onların sözlərinə görə, dəfələrlə kanal rəhbərliyinə maaşla bağlı yazılı və şifahi şəkidə müraciət etsələr də, bir nəticəsi olmayıb. 

Operatorların istefası kanalın fəaliyyətinə təsirsiz ötüşməyib. Kanal çalışnalarından verilən məlumatda bildirilir ki, verlişlər texniki işçilərin çatışmaması səbəbinən təyin olunan vaxtda çəkilməyib. 

Çıxılmaz vəziyyətdə qalan kanal rəhbərliyi Bakı və rayonlardakı şadlıq evlərində çalışan operatorları iş vədi ilə kanala dəvət edib. Aldığımız məlumatda deyilir ki, “Space” in bir əməkdaşı kanala dəvət olunan operatorların hər birindən 300-500 manat arası pul alaraq onlara bildirib ki, bir aylıq təcrübədən sonra hər birinizin işlə bağlı əmri veriləcək. 

Lakin bunun sadəcə bir vəd olduğunu anlayan operatorlar ötən gün “Space” telekanalının rəhbəri, tanınmış kinorejissor Vaqif Mustafayevlə görüşmək istədiklərini bildiriblər. V.Mustafayevin köməkçisi həmin operatorlara deyib ki, onlara “Space” rəhbərliyi tərəfindən heç bir zaman iş vədi verilməyib. 

“Space” in rəhbərliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.