Simvol foto © Denise Husted / pixabay.com
Simvol foto © Denise Husted / pixabay.com

AzEuroNews.com  ►  Əgər sizin daimi oturum izniniz, müvəqqəti oturum izni olan qaçqın statusunuz  və ya qorunma ehtiyacı olan bir şəxs statusunuz varsa və eyni zamanda daimi oturum izni almaq üçün imkanlarınız yüksək qiymətləndirilərsə, sizin ailənizi İsveçə gətirmək hüququnuz ola bilər.

Həmçinin sizin ailənizi maddi baxımdan təmin etmək və müəyyən bir yaşayış standartına cavab verən mənzil/evdə məskunlaşmanız kimi tələb məcburi şərt kimi qoyulur. Tələb bütün hallarda tətbiq edilmir.

Ailəsi ilə birləşməyə kimin haqqı ola bilər?

Sizin ailəniz sizinlə İsveçdə bərabər yaşamaq üçün yaşama icazəsinin alınması ilə bağlı aşağıdakı hallarda ərizə ilə müraciət edə bilər:

  • əgər siz daimi yaşama icazəsi almısınızsa
  • əgər siz qaçqın statusu ilə və ya qorunmaya ehtiyacı olan alternativ bir şəxs kimi müvəqqəti oturum izni almısınızsa və daimi oturum izni almaq imkanlarınız yüksək qiymətləndirilərsə.

Müvəqqəti oturum icazəsi olan, qaçqın olan və ya alternativ qorunma ehtiyacı olanlar üçün ailə birləşməsi

Sizin, yəni qaçqın statusu almış və ya qorunma ehtiyacı olan bir şəxs kimi müvəqqəti yaşamaq icazəsi olanın ailəsinin İsveçə gəlib və burada yaşamaq imkanı bir neçə amillə tənzimlənir. Birincisi, sizin etibarlı bir yaşayış icazəniz olmalıdır. Bu o deməkdir ki, əgər sizin oturum izninizin vaxtı bitibsə və siz oturum izninizin uzadılması üçün ərizə ilə müraciət emisinizsə, İsveç Miqrasiya İdarəsi əvvəlcə İsveçdəki davamlı/daimi oturuma izninizin olub- olmadığı barədə qərar verməlidir. Sizin əvvələr qorunma statusunuzun olduğu və əvvəllər oturum icazənizin olduğu kifayət deyil.

Miqrasiya İdarəsi sizin etibarlı bir oturum icazəsinə malik olduğunuzu yoxladıqdan sonra, ailənizin ərizəsini, oturum icazəsi üçün müraciətini qiymətləndirəcək. Miqrasiya İdarəsi sizin müvəqqəti oturum izni vaxtının bitdikdən sonra sizin oturum izninizin uzadılması üçün müraciətinizdən sonra oturum izninizin uzadılma ehtimalının olub-olmadığına baxaraq işə başlayır. O şəxs ki, qaçqın və ya qorunmaya ehtiyacı olan bir şəxs kimi oturum izni alıb, onun oturum qərarında status açıqlamasında göstərildiyi kimi qorunmaya ehtiyacı olduğu təyin edilib. Bunu əsas götürərək qənaətə gəlmək olar ki, sizin daimi oturum izni almaq şansınız qənaətbəxşdir. Digər tərəfdən, əgər sizin qorunma statusunuzun saxlanıla bilməyəcəyi barədə məlumatlar ortaya çıxarsa sizin daimi oturum alma imkanınız çətindir və ehtimal qənaətbəxş hesab edilmir. O zaman ki sizin daimi oturum izni almaq ehtimalının yüksək olduğu təstiqlənəcək, Miqrasiya idarəsi sizin ailənizin buraya gətirilməsi üçün digər tələbləri yerinə yetirmənizə baxmaqla müraciətinizi nəzərdən keçirəcək.

Müvəqqəti oturum icazəsi olanın yalnız yaxın ailəsi onun yanına köcə bilər

Bir ailə olaraq, ər (həyat yoldaşı), arvad (həyat yoldaşı), qeydə alınmış tərəfdaş və ya birlikdə yaşadığınız tərəfdaş və 18 yaşından kiçik uşaqlarınız sayılır. 18 yaşından böyük olan digər qohum və ya uşaqlar sizin müvəqqəti oturum icazəniz olduğuna görə İsveçə köçə bilməzlər. Əgər sizin 18 yaşınız olmayıbsa, valideynləriniz sizin ən yaxın ailə sayılır. Yalnız müstəsna hallarda digər ailə üzvləri üçün yaşayış/oturum icazəsi almaq mümkündür, məsələn 18 yaşından yuxarı uşaqlar üçün. Bu, qaçqın və ya alternativ olaraq qorunmaya ehtiyacı olan və müvəqqəti oturum icazəsi olanlara aiddir.

Daimi oturum izniniz varsa, hətta evlənməyi planlaşdırdığınız və ya bir yerdə yaşamaq istədiyiniz şəxs də sizin yanınıza köçməklə oturum izni almaq üçün müraciət edə bilər. Hətta yaxın ailənizdən digərlərinin də İsveçə köçmək hüququ ola bilər.

Ailənizə oturum izni verildikdə, iznin müddəti sizin şəxsi oturum izninizin müddətinin etibarlılıq tarixinin son tarixi ilə uzlaşdırılır. Bu o deməkdir ki, əgər sizin oturum izniniz beş ay sonra bitəcəksə, ailəniz yalnız beş ay müddətində yaşamaq üçün icazə alacaq.

Maddi baxımdan özünüzu və qohumunuzu təmin etmə tələbi

Əgər ailə birləşməsinə hüququnuz varsa, siz maddi baxımdan özünüzü təmin etmə tələbinin obyekti ola bilərsiniz. Bu o deməkdir ki, siz özünüzü və ailənizi maddi baxımdan təmin etmək iqtidarında olmalısız. Sizin ailənizin İsveçə köçdükdən sonra bərabər yaşayacağınız ev və ya mənziliniz kifayət qədər geniş və standartlara uyğun olmalıdır.

Özünüzü maddi baxımdan təmin etmə

Əmək fəaliyyəti ilə bağlı mütəmadi gəlirlərinizin olduğunu və özünüzü həmçinin də yaşama icazəsini əldə etmək üçün ərizə ilə müraciət edən qohumlarınızı maddi baxımdan təmin etmək iqtidarında olduğunuzu sübut etməlisiniz. Aşağıda göstərilənlər əmək fəaliyyəti ilə bağlı gəlirlər kimi hesab oluna bilər.

  • Əmək haqqı
  • İşsizliklə bağlı alınan müavinət
  • Xəstəliklə bağlı alınan müavinət
  • Gəlirlərə əsaslanan yaş ilə bağlı pensiya

Siz və ya oturum icazəsi üçün müraciət edən ailə üzvlərinin, yaşayışını təmin etməsi üçün kifayət qədər böyük bir sərvəti olduğu halda da bu tələbi yerinə yetirə bilərsiniz.

Gəliriniz

Özünüzü və ailə üzvlərinizi təmin etməyinizlə bağlı olan tələblərə cavab vermək üçün gəlirlərinizin nə qədər olması ailə üzvlərinin sayından və çıxarlarınızdan asılıdır. Sizin gəlirləriniz xərclərinizi çıxdıqdan sonra normal məbləğə uyğun olmalıdır. Bu o deməkdir ki, hər ay ev kirayəsini ödədikdən sonra sizin qidaya, paltara, telefona, işığa, sığortalara və digər müvəqqəti ehtiyacları ödəyəcək kiçik xərclərə imkanınız çatmalıdır.

2019-cı il üçün normal məbləğ kimi aşağıdakılar hesab olunur:

  • 4 923 kron tək yaşayan böyük üçün
  • 8 133 kron bərabər yaşayan evli və ya vətəndaş nikahında yaşayan şəxslər üçün
  • 2 612 kron 6 yaşına qədər uşaqlar üçün
  • 3 007 kron 7 yaşlı və 7 yaşdan yuxarı olan uşaqlar və yaşlılar üçün

Yaşayacağınız ev və ya mənzil

Özünüzün və ailənizin yaşayacağı kifayət qədər böyük ölçülü və standartlara uyğun olan yaşayış yeriniz olmalıdır. Uşaqları olmayan iki böyük üçün bir mətbəx və ya qonaq otağının bir hissəsində yerləşən mini-mətbəx və ən azı bir otaq kifayət qədər böyük ölçülü ev hesab olunur. Əgər evdə uşaq yaşayacaqsa otağların sayı artıq olmalıdır. İki uşaq bir yataq otağında yerləşdirilə bilər.

Sub-icarə şəraitində mənzil kirayələmək mümkündür, amma kirayəyə mülkədarın, kirayə haqqlarının ödənişi məsələləri ilə məşğul olan məhkəmənin və mənzil kooperativinin razılığı olmalıdır.

Ailəniz İsveçə köçdükdə mənzildən istifadə etmək imkanınız olmalıdır.

Maddi təminat tələbindən istisna

Maddi təminat və mənzil təminatı tələbi qoyulmur/aid deyil

  • 18 yaşınadək şəxslərə
  • Qaçqın statuslu və ya alternativ qorunmaya ehtiyacı olan statuslu bir şəxssiniz və ailə üzvləriniz oturum izni almaq üçün siz oturum aldıqdan sonra üç ay ərzində müraciət edirlər və ya
  • ailənizin üzvləri 19 oktyabr 2019-cu il tarixindən əvvəl oturum icazəsi üçün müraciət edirlər və sizin alternativ qorunmaya ehtiyacı olan bir şəxs kimi müvəqqəti oturum icazəniz var. Həmçinin siz 2015-ci il noyabrın 24-dən sonra oturum üçün müraciət etmiş olmalısınız.
  • Oturum icazəsininin uzadılması üçün müraciət edən bir ailə üzvünüz var.

Sizin ailənizlə Avropa İttifaqı xaricində, ailənizin bağlılığı olan/olduğu başqa bir ölkədə ailənizlə birləşmə imkanınızın olmadığı təqdirdə maddi təminat və mənzil təminatı tələbindən azad edilə biləcəyiniz. Siz və ailə üzvlərinizin uzun müddət xaricdə bir yerdə yaşamış olmalı və yaxşı/köklü əlaqələr qurmuş olması şərtdir.

Ailə əlaqələri və özünüzü maddi baxımdan təmin etmək tələbi ilə bağlı anket

Sizin ailə üzvünüz sizinlə bərabər İsveçdə yaşamaq üçün yaşama icazəsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra, siz ailə əlaqələriniz haqda anket dolduracaqsınız. Əgər özünüzü və ailə üzvlərinizi maddi baxımdan təmin etmək tələbi sizə şamil olunursa, siz özünüzü və yaşama icazəsi almaq üçün ərizə ilə müraciət edən qohumlarınızı maddi cəhətdən təmin edə biləcəyinizi və yaşayacağınız ev və ya mənzilin kifayət qədər geniş və standartlara uyğun olduğunu sübuta yetirməlisiniz. Qohumunuzun ərizəsi ilə bağlı Miqrasiya Xidməti tərəfindən qərar çıxarılması üçün sizin cavablarınız və anketi sizə verilən zaman çərçivəsində cavablandırmağınız çox vacibdir.

Əgər siz maddi baxımdan özunüzü və qohumlarınızı təmin etmək və yaşayış yeri ilə bağlı olan tələblərə cavab vermirsinizsə sizin ailəniz yaşamaq icazəsi ilə bağlı verilən ərizələrinə rədd cavabı alacaq.

Əgər daimi işiniz və uzun müddətə bağlanmış ev kirayəsi müqaviləniz yoxdursa, ailənizin ərizəsinə baxdıqda siz maddi baxımdan təmin etmə tələbinə cavab verdiyinizi bir daha sübuta yetirməli olacaqsınız.

Etibarnamə nədir?

Yaşama icazəsinin alınması ilə bağlı ərizə ilə müraciət edən şəxs tərəfindən onun maraqlarını təmsil etmək səlahiyyətini digər bir şəxsə verilməsinə dair olan imzalanmış yazılı sənədə etibarnamə deyilir. Məsələn etibarnamə digər bir şəxsin əvəzinə yaşama icazəsinin verilməsi üçün ərizə ilə müraciət etmək, çıxarılan qərarın səbəbləri haqda məlumat almaq və ya şikayət işi qaldırmaq kimi səlahiyyətləri vermiş olur. Etibarnamə öz səlahiyyətlərini digər bir şəxsə həvalə edən şəxs tərəfindən yazılmalı və Miqrasiya Xidmətinin tələb etdiyi halda orijinal formada təqdim olunmalıdır.

Digər bir səxsə etibarnamə verdikdə Dövlət Miqrasiya Xidmətinə

  • sənədin etibarnamə olması
  • ad, doğum tarixi və etibarnaməni verən şəxsin ünvanı
  • etibarnaməni alan şəxsə hansı hüquqlarin verilməsi
  • etibarnaməni alan şəxsin adı, İsveç identifikasiya nömrəsi və ünvanı
  • etibarnaməni verən şəxsin imzası
  • etibarnamənin harada və hansı tarixdə imzalanması haqda məktub təqdim olunmalıdır.

Ərizəni yoxlayın

Ailə üzvünüz ərizə ilə müraciət etdikdən sonra iş və ya təyin etmə nömrəsi əldə etmiş olur. Bu nömrə vasitəsi ilə ərizənin Miqrasiya Xidməti tərəfindən qeydiyyatdan keçib-keçməməsini və ya qərarın çıxarılıb-çıxarılmamasını yoxlaya bilərsiniz.

Ərizəni yoxlayın


©  Yazıda İsveç Miqrasiya Agentliyinin məlumatlarından istifadə olunub