İsrail hərbi-havabazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb.

RİA Novosti xəbər verir ki, bunu yerli “İkinci kanal” telekanalı bildirib.

Telekanal Müdafiə Nazirliyinə istinadən “Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş  ən təkmilləşdirilmiş  peyk olduğunu qeyd edib.

Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən “Palmaxim” bazasından kosmosa buraxılıb.

Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus “Amos-6” peyki tamamilə sıradan çıxıb.