Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com Almaniyada azyaşlı qıza təcavüz edən Nigeriyadan olan qaçqına hökm oxunub. AzEuroNews.com xəbər verir ki, hadisə bu ilin aprel ayında Dessau şəhərində qeydə alınıb. Belə ki, parkda oyuncaqları ilə oynayan qızı bıçaqla qorxudub insanların olmadığı bir məkana aparan 27 yaşındakı nigeriyalı ona təcavüz edib. Azyaşlı qızın ağlaması ilə qaçan nigeriyalı sonradan polis tərəfindən saxlanılıb. 

DNA nümunəsi ilə tapılan Nigeriya vətəndaşı polisdəki ifadəsində cinayəti boynuna almasa da, məhkəmədə əməlini etiraf edib. 

Dessau Prokurorluğu saxlanılan şəxs barəsində 8 il 8 ay cəza tələb etsə də, məhkəmə ona 5 il 6 ay həbs cəzası verib.