AzEuroNews.com     Almaniyada xəstənin hospitalı yandırması nəticəsində bir nəfər ölüb. AzEuroNews.com  Almaniyada gündəlik nərş edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə Şimli Reyn Vestfaliya əyalətinin paytaxtı Düsseldorfdakı Marien  hospitalında qeydə alınıb. 

Gecə saat 11 radələrində hospitalın ikinci mərtəbəsində yanğın başlayıb. Yanğın nəticəsində 77 yaşlı xəstə ölüb, 19 xəstə yaralanıb. 

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb edilib. 

Digər xəstələr evakuasiya edildikdə sonra alovun digər tikililərə keçməsinin qarşısı alınıb. 

Almaniyada fəaliyyət göstərən Xəstə Təhlükəsizliyi Vəqfinin məlumatına görə, ölkədə hər həftə bir xəstəxanada yanğın baş verir. Bu ilin əvvəlindən indiyə kimi xəstəxanalarda baş verən yanğınlar nəticəsində 7 nəfər həyatını itirib. 

Vəqfin məlumatında qeyd olunur ki, bütün xəstəxana və klinikalarda yanğın təhlükəsizliyi yüksək səviyyədə olsa da, bəzən bu yetərli olmur.