“Mançester Yunayted” futbolçusu Pol Poqba ilə yolları ayıra bilər.

Trend-in məlumatına görə, İngiltərə klubu fransalı yarımmüdafiəçi ilə “Real”ın oyunçusu Toni Kroosu dəyişməyə razıdır.

Qeyd edilir ki, bu mübadilə qışda reallaşa bilər.

Xatırladaq ki, “Real” Poqbanı almaq istəsə də, buna nail ola bilməmişdi.