AzEuroNews.com Niderlandda Hitler muzeyi faəliyyətə başlayıb. AzEuroNews.com  Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən məlumat verir ki, Niderlandın Bosch şəhərində açılan muzeydə Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer) Adolf Hitlerə aid rəsm tabloları, partiyaya aid əşyalar  və s. sərgilənir.

Muzeyin direktoru Timo de Rijk açıqlamasında bildirib ki, hazırda rəhbərlik etdiyi muzeydə 270 eksponat sərgilənir. 

Milyonlarla insanın qətlinə səbəb diktatora aid muzeyin fəaliyyətə başlaması birmənalı qarşılanmayıb. Artıq bununla bağlı ilk etiraz aksiyası keçirilib. 

Direktor muzeyin bu şəkildə dizayn edilməsinin birmənalı qarşılanmadığını etiraf etsə də, tarixi həqiqətləri göstərməyin tərəfdarı olduğunu bildirib.