Foto © pixabay.com / sharonang

AzEuroNews.com  ► Hollandiya ölkədə fəaliyyət göstərən bəzi məscidləri bağlaya bilər. AzEuroNews.com  xəbər verir ki, artıq bununla bağlı Amsterdam bələdiyyəsinin başqanı Femke Helsema açıqlama verib. 

Xanım Helsema bildirib ki, bağlanacaq məcidlərdə qadın haqlarına və LGBT üzvlərinə qarşı çağrışlar edilib.

Məslə ilə bağlı Hollandiyanın “AT5” kanalına danışan bələdiyyə başqaşını söyləyib ki, ölkə qanunlarına riayət etməyən məscidlər qanunların tələbi ilə üzləşmək məcburiyyətində qalacaqlar.

Femke Halsema Foto / © / Harold Pereira / Wikiportret

“Əgər bir məsciddə qadınların qul kimi saxlanılması, kişilərə tabe olması və  LGBT üzvlərinin böyük günah işlədikləri deyilirsə, mən Amsterdamın bələdiyyə başqanı olaraq vəzifəmi yerinə yetirib onlara qanunun tələbinə əməl etmələrinə görə xəbərdarlıq etməliyəm. Qanuna əməl etməyən məscid isə, Amsterdamda fəaliyyət göstərə bilməz”– deyə xanım Helsema vurğulayıb.