Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  Avropa İttifaqına üzv olan digər ölkələrə xüsusilə, Polşaya viza almaqla Almaniyaya gələn və qanunsuz olaraq bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan soydaşlarımızın sayı artmaqda davam edir. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 2019-cu ilin iyun ayında qanunvericilikdə edilən bəzi dəyişiklikdən sonra Almaniya qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini sərtləşdirməkdə davam edir.

2019-cu ilin ilk 8 ayı ərzində Polşanın iş vizası ilə Almaniyaya gələrək qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 23 Azərbaycan vətəndaşı saxlanılaraq Polşaya deportasiya olunub.

İki həmvətənimiz isə, hazırda qanununsuz miqrantların saxlanma mərkəzində Polşaya deportasiya olunması üçün saxlanılır.