UFC yarışlarının yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov karyerasının sonu haqda söhbət açdı.

“Gazeta.ru” xəbər verir ki, o daha 3-4 döyüşdən sonra karyerasını bitirə bilər.

“Atam mənə deyir ki, onun fiziki formasının ən yüksək nöqtəsi 32-33 yaşında olub. Bundan sonra eniş gedir. O deyir ki, mənim hələ aktiv iki ilim var. İndi məşq etmək və intizamı pozmamaq lazımdı. Azı 3-4 döyüş keçirməliyəm. Qalibiyyətlərimin sayını 30-a çatdırmalıyam”, – deyə Həbib bildirib.

Qeyd edək ki, 28 qələbəsi olan dağıstanlı döyüşçünün iki gündən sonra 31 yaşı tamam olacaq.