Kolumbiyanın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib.

ABŞ-ın Geoloji Xidmətinin yaydığı məlumata görə, episentr Mutata şəhərindən 38 km. şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 10 km. dərinliyidə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.