Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com Sabah Almaniyada ən böyük kütləvi etiraz aksiyasının keçiriləcəyi gözlənilir. AzEuroNews.com xəbər verir ki, iqlim dəyişikliyi ilə bağlı məktəblilərin “Gələcək üçün Cümə günü” aksiyasının eyni anda Almaniyanın bütün şəhərlərində keçirilməsi gözlənilir. 

Artıq bununla bağlı çağırışlar edilib, aksiyanın keçiriləcəyi meydanlar müəyyən edilib. 

Milyonlarla məktəblinin qatılacağı gözlənilən kütləvi aksiyada iqlim dəyişikliyi ilə bağlı ölkələrin dərhal hərəkətə keçməsi və birgə çalışması tələb olunacaq. 

Məktəblilərin kütləvi etiraz aksiyası ilə bağlı Almaniya Federal Daxili İşlər Nazirliyi də gücləndirilmiş iş rejiminə keçəcək.