AzEuroNews.com Bu gün bütün dünyada olduğu kimi Almaniyada da iqlim dəyişikliyi ilə bağlı məktəblilərin kütləvi etiraz aksiyası keçirilib. AzEuroNews.com xəbər verir ki, məktəblilərin “Gələcək üçün Cümə günü” aksiyası eyni anda Almaniyanın bütün şəhərlərində baş tutub.

Günlər öncəsindən çağrışlar edən məktəblilər aksiyanın keçiriləcəyi meydanları doldurublar.

Milyonlarla məktəblinin qatıldığı kütləvi askiyada iqlim dəyişikliyi ilə bağlı ölkələrin dərhal hərəkətə keçməsi və birgə çalışması tələb olunub.

Məktəblilərin kütləvi etiraz aksiyası ilə bağlı Almaniya Federal Daxili İşlər Nazirliyi də gücləndirilmiş iş rejiminə keçib.

Foto © Twitter.com