Foto © deutschlandfunk.de

AzEuroNews.com Məşhur fransız yazıçı Erik Zemmour müsəlmanlara qarşı ifadə işlətdiyinə görə cərimələnib. AzEuroNews.com xəbər verir ki, 3 il öncə bir televiziya proqramında çıxış edən yazıçı orada müsəlmanlara qarşı kin və nifrət dolu bəzi ifadələr işlədib. 

Fransada yaşayan müsəlmanlar bundan sonra yazıçını məhkəməyə verib. Üç ildir davam edən məhkəmə prosesi ötən gün yekunlaşıb. 

Fransa məhkəməsi yazıçının 3 min avro məbləğində cərimə olunması ilə bağlı qərar verib.