Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  Almaniyaya qaçqın statusu almağa gələn gənclər, əsasən yaxınlarının tövsiyyəsi ilə bir çox hallarda özlərini azyaşlı kimi təqdim edirlər. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda deyilir ki,  bu barədə, Münster Hüquq Tibb İnstitutu tərəfindən hazırlanmış və hələ nəşr olunmamış bir araşdırmada qeyd olunub.

Həmin araşdırmanın nəticələrinə görə, son bir neçə ildə, yaşı dəqiq bilinməyən çoxsaylı sığınacaq axtaran şəxslərin yaşlarının müəyyən edilməsi üçün çoxsaylı məhkəmə-tibbi ekspertizaları keçirilib. Ekspertizanın ilkin nəticələri “FOCUS Online” nəşrində dərc edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Almaniyaya girdikləri və Münsterdə müayinədən keçdikləri zaman özlərini yetkinlik yaşına çatmayan qaçqın kimi təqdim edənlərin təxminən 40 faizinin yaşları haqqında dedikləri məlumatın yalan olması, yaşlarının 18 və daha yuxarı olduğu sübut edilib.

Mütəxəssislərin araşdırması 2007 – 2018 illərdə sığınacaq üçün müraciət edən əcnəbi “uşaqları” əhatə edib. “Müşayiət olunmayan kiçik qaçqınların” yaşlarının az olunmasına şübhə doğuran halların araşdırılması məhkəmələrin və gənclər idarələrinin vəsatəti ilə həyata keçirilib. Barələrində müraciət olunanların yaşlarını dəqiqləşdirmək mümkün olub.
Özlərini uşaq kimi təqdim edənlərin əksəriyyətini Əfqanıstan, Qvineya, Əlcəzair və Eritreyadan olan gənc kişilər (92 faiz) təşkil edir.

Münsterdə müayinə olunan 594 qaçqının 234-ünün yaşının 18-dən yuxarı olması müəyyən olunub. 

Bu, müayinəyə cəlb olunanların 39,4 faizi deməkdir. “Qalan 60 faiz arasında da yaşı 18-dən çox olanlar da ola bilər “. VIP News-a insitutunun direktor müavini, hüquq elmləri üzrə doktor Andreas Schmeling bildirib.

Yaşın müəyyən olunması prosesində şübhəli hallar olan zaman, şəxs yetkinlik yaşına çatmayan hesab edilir.

Hüquq elmləri doktoru daha sonra deyir: “Doğum gününü bu günə qədər dəqiq təyin edə bilmədiyimiz şəxslər var. Bu mübahisələri hər zaman aidiyyatı şəxsin xeyrinə həll edirik, buna görə şübhə olduğu təqdirdə, azyaşlı kimi təsnif edilir”.

Yaş bir neçə metodun birləşməsi ilə müəyyən edilir: 
1. Ümumi fiziki müayinə;
2. Diş rentgenindən keçirilməsi ilə xüsusi diş müayinəsi,
3. Əlin rentgen müayinəsi. Yetkin skeletindəki klavikullar əlavə olaraq rentgenoloji müayinə edilir. 
Schmeling hesab edir ki, klavikul analizi ilə kiminsə 18 yaş və ya daha böyük olub olmadığına şübhə edilmədən sübut etmək mümkündür.

18 yaşdan kiçik hər kəs xüsusi mühafizə statusuna malikdir.

Valideynləri və pasportu olmayan gənc qaçqınlar, “müşayiət olunmayan yetkinlik yaşına çatmayanlar” kimi, xüsusi mühafizə altındadır. Onlar, sığınacaq üçün müraciət edərkən, xüsusi qaydalar tətbiq olunur. 18 yaşına çatmayan qaçqınların işlərinə, gənclərlə iş üzrə idarələr nəzarət edir. Onlar ümumi sığınacaqlara və düşərgələrə göndərilmir.
Almaniyanın federal və yerli hökumətlərinin məlumatına görə, tək bir uşaq üçün ayda 5 min avro civarında xərc çəkilir.

Qaçqınlar ölkəyə daxil olanda, yaşları ilə bağlı qeyri-müəyyən və ya yalan məlumatlar verməsi həmişə öz istəkləri ilə və ya zərərli niyyət üçün edilmir. Bəzi insanlarin həqiqətən doğum şəhadətnaməsi və ya etibarlı pasportu olmaya bilər. Lakin, bəzən gəncləri insan alverçiləri, insanları qanunsuz daşıyanlar, Avropada daha yaxşı sığınacaq müdafiəsi və daha yüksək sosial müavinət almaq üçün öyrədir və gəncləri həvəsləndirirlər ki, yaşlarını 18-dən az göstərsinlər.

Hüquq doktoru Schmeling VIP News-a verdiyi müsahibədə bildirib ki, “Məhkəmə yaş diaqnostikası ölkəmizdə hüquqi təhlükəsizliyə mühüm töhfə verir. Qaçqın uşaqların və gənclərin xüsusi ilə qorunmasını təmin edir”.

 Digər tərəfdən, Almaniyaya girərkən, özlərini qəsdən cavanlaşdıran böyükləri müəyyənləşdirmək və beləliklə gənclər üçün təminat müəssisələrində qaçqınlara qulluq etmək üçün məhdud mənbələrin həqiqi yetkinlik yaşına çatmayanlara fayda gətirməsinə kömək etmək olar.

Pediatrlar və bəzi hüqüq müdafiəçiləri bu qaydada olan tibbi müayinələri tənqid edirlər.

Schmeling isə yaşın təyin edilməsi üçün keçirilən tibbi testlərin tənqidini rədd edir.

Məlumat üçün bildiririk ki, Almaniyanın sığınacaq üçün müraciət etmiş uşaq müəssisələrində onlarla Azərbaycan vətəndaşı olan uşaqlar da məskunlaşıb.