ABŞ BMT-nin iclasına yollanan İran nümayəndə heyətinə viza verməyib.

“RİA Novosti” xəbər verir ki, İran tərəfi Nyu-Yorkda keçirilən BMT Baş assambleyasında Fars körfəzində gərginliyin aradan qaldırılmasına dair plan təqdim etmək niyyətində olub.

Tehrandan bildiriblər ki, ABŞ-ın bu addımları “İslam respublikasının azad səsini” məhdudlaşdırmaq məqsədi güdür.

Bu həm də qəbul edən tərəf kimi ABŞ-ın diplomatik öhdəliklərini yerinə yetirməməsi deməkdir.