Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


AzEuroNews.com  ► Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) bu ölkəyə gələrək sığınacaq üçün müraciət edən Türkiyə vətəndaşlarının sayını açıqlayıb.
AzEuroNews.com  xəbər verir ki, son 9 ayda 7 610 Türkiyə vətəndaşı Almaniyaya gələrək müxtəlif səbəblərlə sığınacaq üçün müraciət edib. 

BAMF-ın məlumatında qeyd olunur ki, müraciətlərin 48,8%-nə müsbət cavab verilib və həmin şəxslər Almaniyada müvəqqəti yaşayış icazəsi alıblar. 

Federal İdarənin məlumatında qeyd olunur ki, 2018-ci ildə ümumilikdə 10 655 Türkiyə vətəndaşı Almaniyadan sığınacaq istəyib. 

Həmin il müraciət edənlərin 41,4 %-nin sığınacaq istəyi qəbul edilib.