Foto © pixabay.com

AzEuroNews.com Almaniyanın 2030-cu ilə qədər 200 min xəstə baxıcısına ehtiyacı var. AzEuroNews.com  xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Jens Spahn alman mediasına açıqlama verib. 

Onun sözlərinə görə, ölkə üzrə hazırda 80 min xəstə baxıcısına ehtiyac var. 

Nazir “ZDF” televiziya kanalına müsahibəsində xaricdən bu sahəyə əcnəbi işçilərin cəlb olunmasının vacibliyini vurğulayıb.

J.Spahn qeyd edib ki, artıq bununla bağlı Meksika və Fillipin kimi dövlətlərlə danışıqlar gedir.