Fransanın müxtəlif regionlarında fermerlərin etiraz aksiyaları başlayıb.

Trend-in məlumatına görə, etiraz aksiyaları Paris yaxınlığındakı Eson departamentində, Yuxarı Qaronna departamentində, eləcə də Kale yaxınlığında keçirilib.

Etiraz aksiyalarına səbəb, hazırda müzakirə olunan qanun layihəsidir. Bu layihyə əsasən, yaşayış zonaları yaxınlığındakı kənd təsərrüfatı sahələrində pestisidlərdən istifadə qadağan olunacaq.

Yeni qanun qəbul olunsa, həmin qaydalar 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək.

Fermerlər bu qaydaların kənd təsərrüfatı sahələrinin azalmasına səbəb olacağını iddia edirlər.