UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında qarşıdakı illərdə baş tutacaq yarışların ev sahibləri müəyyənləşib. “Report” siyahını tədqim edir:

Avropa Liqası, final
2020/21-ci il  – Sevilya, İspaniya

Futzal üzrə Avropa çempionatı
2022-ci il – Hollandiya

U-19-lar arasında Avropa çempionatı
2021-ci il – Rumıniya
2022-ci il – Slovakiya

U-19-lar (qızlar) arasında Avropa çempionatı
2021-ci il – Belarus
2022-ci il – Çexiya

Superkubok
2021-ci il. Belfast, Şimali İrlandiya

U-17-lər arasında Avropa çempionatı
2021-ci il – Kipr
2022-ci il – İsrail

U-17-lər (qızlar) arasında Avropa çempionatı
2021-ci il – Farer adaları
2022-ci il – Bosniya və Herseqovina

Çempionlar Liqasının növbəti üç mövsümünün final oyunlarını qəbul edəcək stadionlara gəlincə, 2021-ci ildə klub turnirinin həlledici oyunu Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Zenit” stadionunda keçiriləcək.

2022-ci ildə finalçılar Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da, 2023-cü ildəki finalçılar isə Londonun “Uembli” stadionunda oynayacaq.