AzEuroNews.com  ► Avropada yaşamaq icazəsi üçün Brüsseldə yerləşən Baqdasaryan kilsəsinə sığındığı iddia edilən Ağdam rayon sakini Niyazi Vəliyev baş verən hadisəyə aydınlıq gətirib. AzEuroNews.com  xəbər verir ki, İsveçdə yaşayan həmvətənimiz Kənan Hacıəkbəroğlu ilə canlı yayımda danışan N.Vəliyev bildirib ki, əslində barəsində yazılan məqalə ilə tanış olmayıb, yaşamaq icazəsi üçün əlaqə yaratdığı adamlar tərəfindən aldadılıb. 

Ətraflı VİDEO-da:

Timetv.live saytının məlumatına görə, (https://timetv.live/2019/09/25/erm%C9%99niy%C9%99-ana-dey%C9%99n-agdamli-niyaz/ ) Niyazi Vəliyev 2012-ci ildən sözügedən erməni kilsəsinin üzvüdür. Sonuncu dəfə ona bu ilin aprel ayının 23-də kilsə üzvlüyünü təsdiq edən sənəd verilib.

Onun Avropada erməni xüsusi xidmət orqanlarının əməkdaşları ilə fəaliyyəti də səsləndirilən iddialar sırasındadır.