AzEuroNews.com  ► 96 yaşlı Katharina Kink hazırda Almaniyanın ən yaşlı ofsiantıdır. AzEuroNews.com  Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, 80 ildir Bavariya əyalətindəki bir restoranda çalışan K.Kink 1939-cu ildən bəri iş yerini dəyişməyib. 

İlk gündəki kimi həvəslə müştərilərə xidmət etdiyini deyən K.Kink hər gün 18 min addım atdığını və olduqca sağlam olduğunu söyləyib. 

Rəsmi rəqəmlərə görə, Almaniyada hazırda 1,45 milyon pensiyaçı çalışır. Bu ölkə üzrə pensiyaçıların 8 %-ini təşkil edir. 18 il əvvəl bu 3 % olaraq qeydə alınıb.